PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan katarakta əməliyyatı olunub.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat İmralı adasında baş tutub.
A.Öcalanın ikinci dəfə əməliyyat ediləcəyi gözlənilir.
Məlumata görə, birinci əməliyyat uğurlu olub. İndi onun gözü əvvəlkinə nisbətən daha yaxşı görür.