AZ

Mahirin anası sirr saxlamadı: “Qurban Qurbanova deyirdim ki…” - VİDEO

“Mahir “Qarabağ”a gedəndə 17 yaşı var idi, balaca idi.

Eşidirdim ki, dostları ilə danışıb məşqdən sonra görüş planlayırdı.

O anlarda zəng edirdim Qurban Qurbanova məlumat verirdim”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Nürnberq”in hücumçusu Mahir Emrelinin anası Elnurə Emreli idman jurnalisti Azər İsmayılın yutub verilişində deyib.

28 yaşlı forvardın anası bildirib ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov kiçik yaşlarında Mahirin və digər oyunçuların şəxsi həyatını da nizam-intizamlı saxlayıb.

“Zəng edib hocaya deyirdim ki, “nəsə plan var, bunlar uşaqlarla görüşəcək”. O gün məşq bitəndə Qurban Qurbanov deyirdi ki, “Mahir, Coşqun, Elton kim varsa bu gecə bazada qalacaq”.

Buradan birinci dəfədir eşidirlər. Coşqun da məni bağışlasın, Mahirə görə çox qalıb bazada”.

Seçilən
6
sportinfo.az

1Mənbələr