Los Angeles Lakersin əfsanəvi basketolçusu Lebron Ceyms zədələnib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı idmançı NBA müntəzəm çempionatında Boston Celticsə qarşı görüşdə sıradan çıxıb. Qasıq nahiyəsindən zədə alan Lebron Ceyms qarşıdakı bir neçə oyunu buaxa bilər.
O zədələnsə də, dabl-dabl (22 xal, 14 ribaund) etməyi bacarıb. Lakin bu, qələbə üçün kifayət etməyib. Nəticədə Los Angeles Lakersin 8 oyunluq qələbə seriyası qırılıb.
NBA-da gecənin nəticələri
Charlotte Hornets - Brooklyn Nets 105:102
Houston Rockets - New Orleans Pelicans 146:117
Atlanta Hawks - Indiana Pacers 120:118
Toronto Raptors - Washington Wizards 117:118
Miami Heat - Chicago Bulls 109:114
Milwaukee Bucks - Orlando Magic 109:111
Boston Celtics - Los Angeles Lakers 111:101
Golden State Warriors - Detroit Pistons 115:110