AZ

Rusiyalı döyüşçü Maqomed Ankalaev UFC çempionu oldu

Rusiyalı döyüşçü Maqomed Ankalayev braziliyalı idmançı Aleks Pereyranı məğlub edərək, yüngül ağır çəkidə UFC çempionu oldu.

Trend-in məlumatına görə, UFC 313 turniri Las-Veqasda keçirilib.

Döyüş Ankalayevin yekdil qərarı ilə qələbəsi ilə başa çatıb - 49:46, 48:47, 48:47.

Ankalayev Rusiyanı təmsil edən beşinci UFC çempionu. Bundan əvvəl Oleq Taktarov, Həbib Nurməhəmmədov, Petr Yan və İslam Mahaçev çempionluq kəmərlərinin sahibi olublar.

Milli.Az

Seçilən
14
milli.az

1Mənbələr