AZ

Gəncədə döl ölü doğulub - YENİLƏNİB

Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.
 
Bu barədə Moderator.az-a TƏBİB-dən bildirilib.
 
Qeyd edilir ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib. 
 
***
 
Gəncədə yeni doğulmuş körpə ölüb.
 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər Perinatal Mərkəzdə qeydə alınıb.
 
Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
14
15
moderator.az

10Mənbələr