2025-ci ilin mart ayında Yer kürəsində müxtəlif intensivlikdə maqnit qasırğaları proqnozlaşdırılır.
Yenisabah.az sfera.az-a istinadla xəbər verir ki, mütəxəssislərin məlumatına görə, bu qasırğalar meteohəssas insanların sağlamlığına və texnoloji sistemlərin fəaliyyətinə təsir göstərə bilər.
Maqnit qasırğalarının baş verəcəyi tarixləri təqdim edirik:
9-10 mart: Güclü maqnit qasırğası proqnozlaşdırılır. Bu müddətdə sağlamlığa və texnoloji sistemlərin işinə əhəmiyyətli təsirlər mümkündür.
12-14 mart: Yenidən güclü maqnit qasırğası gözlənilir. Naviqasiya və rabitə sistemlərində nasazlıqlar, həmçinin meteohəssas insanlarda sağlamlıq problemləri yarana bilər.
15-16 mart: Orta intensivlikdə maqnit qasırğası ehtimalı var. Xroniki xəstəlikləri olan şəxslər bu günlərdə xüsusi diqqət yetirməlidirlər.
16-18 mart: Zəif maqnit pozğunluqları davam edəcək.
21-22 mart: Zəif maqnit qasırğası proqnozlaşdırılır. Yüngül narahatlıqlar mümkündür.
26-28 mart: Orta güclü maqnit qasırğası gözlənilir. Bu dövrdə baş ağrıları və təzyiq dəyişiklikləri kimi əlamətlər yarana bilər.
Sağlamlığınızı necə qorumaq olar?
Maqnit qasırğalarının təsirini azaltmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək məsləhətdir:
Sağlam həyat tərzi: Balanslı qidalanma və müntəzəm yuxu rejimi sağlamlığınızı qorumağa kömək edəcək.
Stressin azaldılması: Rahatlama texnikaları və meditasiya stress səviyyəsini aşağı sala bilər.
Fiziki fəaliyyətin məhdudlaşdırılması: Qasırğa günlərində ağır fiziki işlərdən çəkinmək məsləhətdir.
Dərmanların əlçatanlığı: Xroniki xəstəlikləri olan şəxslər həkimlərinin təyin etdiyi dərmanları yaxınlıqda saxlamalıdırlar.
Telegram kanalımız