"Sərhədçi" basketbol komandasının baş məçqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XVII turunda "Abşeron"a 75:77 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis belə danışıb:
"Bizi kədərləndirən odur ki, bu qədər ciddi hazırlaşdığımız, rəqibin də çox səhvinin olduğu görüşdə qalib gələ bilmədik. Müdafiə motivasiyası matçın əvvəlindən sonunadək eyni olmalıdır. Hücum ribaundları ala bilmiriksə, erkən faullar etməsək, A qrupunda favorit ola bilmərik".
O, hər zaman eyni səviyyədə oynamalı olduqlarını söyləyib:
"Bəsit səhvlərə görə uduzduq. Üzgünük, amma həyat davam edir. Ümidvaram ki, liqanı gözəl şəkildə tamamlayarıq. Bilirik ki, qrupda neçənci olmağın önəmi yoxdur, pley-off matçları oynayacağıq. İstəyimiz bu qədər çox məğlubiyyət almaq deyildi. Səhvlərimizdən dərs çıxarmalıyıq. Növbəti kubok oyunumuza motivasiyalı olmalıyıq”.