Murad Ağarzayev Bakıda idman gimnastikası üzrə Dünya kubokunda dayaqla tullanma yarışının finalında yeddinci yeri tutub.
İdman.biz xəbər verir ki, azərbaycanlı gimnast çıxışına görə 12,799 xal toplayıb və Çandraşekar Udeyi (Hindistan) qabaqlaya bilib.
Nazar Çepurnı (Ukrayna) dayaqla tullanma yarışının qalibi olub. Mingqi Huang (Çin) gümüş, Yeqor Şaramkov (neytral idmançı) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, bu gün daha bir gimnastımız finalda çıxış edəcək - İvan Tixonov turnikdə yarışacaq. Ötən gün isə Nikita Simonov halqalarla hərəkətlərdə qalib gələrək Azərbaycan komandasının medal hesabını açıb.
İdman.biz