Dünyaca məşhur "YouTuber" Cimmi Donaldson, yəni "MrBeast" müxtəlif məzmunlar yaradaraq karyerasından milyonlarla dollar qazanıb.
"Forbes" jurnalına görə, sosial media platformalarında 500 milyondan çox izləyicisi ilə dünyanın ən çox izlənilən məzmun yaradıcısıdır.
Valyuta.Az xəbər verir ki, "Celebrity Net Worth" saytının hesablamalarına əsasən, Donaldsonun xalis sərvəti təxminən 1 milyard dollar təşkil edir.
Donaldson öz prodüser şirkətinə, "Amazon"la yayım tərəfdaşlığına, qəlyanaltı brendinə, geyim brendinə və bir sıra digər bizneslərə sahibdir.
Məzmun istehsalı
"Forbes"in məlumatına görə, Donaldson 2023-cü ilin iyunundan 2024-cü ilin iyununa qədər məzmun və bizneslərindən təxminən 85 milyon dollar qazanıb.
O, "Time" jurnalına verdiyi 2024-cü ilin fevral müsahibəsində hər bir videosunun reklam gəlirləri və brend əməkdaşlıqları vasitəsilə "bir neçə milyon" dollar qazandırdığını bildirib. Donaldsonun YouTube biznesini idarə edən Mark Hustvedtin verdiyi məlumata görə, brendlər sadəcə "MrBeast"in adlarını çəkməsi üçün 2,5-3 milyon dollar ödəyirlər.
Donaldson həmçinin illik gəlirlərinin – təxminən 600-700 milyon dollar – hamısını məzmununa yenidən sərmayə qoyduğunu deyib:
"Bütün qazancımı – hətta bəlkə də axmaqlıq dərəcəsinə çatacaq qədər – geri yatırmışam, sadəcə inanmışam ki, uğurlu olacağıq. Və bu, öz bəhrəsini verib."
26 yaşlı Youtuber 371 milyon abunəçisi olan "MrBeast" YouTube kanalına rəhbərlik edir.
Donaldsonun videoları 2024-cü ildə təxminən 9 milyard baxış toplayıb və onu "Forbes"in 2024-cü ilin ən yaxşı məzmun yaradıcıları siyahısında birinci yerə çıxarıb.
O, YouTube-da bir həftə basdırılmaq, bir həftə təkadamlıq kamerada qalmaq, 24 saat buzun içində yaşamaq kimi ekstremal sınaqlar həyata keçirib. Bundan əlavə, o, başqalarına pul mükafatı qarşılığında tapşırıqlar verməklə məşhurlaşıb. Məsələn, 100 gün bir dairədə qalaraq 500 min dollar qazanmaq və ya naməlum biri ilə birlikdə 100 gün nüvə bunkerdə qalaraq 500 min dollar qazanmaq kimi yarışmalar təşkil edib.
Donaldsonun başqa bir kanalı, "Beast Philanthropy", bütün reklam gəlirlərini, sponsorluq və satış gəlirlərini xeyriyyəçiliyə sərf edir. Bu kanalda 30 milyon dollar dəyərində ərzaq paylamaq, 100 it övladlığa götürmək və 1 milyon dollar dəyərində oyuncaqlar bağışlamaq kimi videolar paylaşılır.
"Amazon" tərəfdaşlığı
Donaldson "Amazon Prime Video" üçün "Beast Games" adlı yarışma aparır. "Puck" və "Variety" nəşrlərinin məlumatına görə, "Amazon"la imzalanmış müqavilənin dəyəri 100 milyon dollara yaxın olub.
Şouda 1000 iştirakçı Donaldsonun YouTube videolarına bənzər yarışmalarda iştirak edərək 5 milyon dollarlıq mükafat uğrunda mübarizə aparıb. "Fast Company"nin məlumatına görə, şou 25 gün ərzində 50 milyon baxış toplayıb və "Amazon"un 2024-cü ildə ikinci ən uğurlu debüt edən serialı olub.
Yarışmanın qalibi iki uşaq atası olub və 10 milyon dollar qazanıb – "People" nəşrinin məlumatına görə bu, yarışmalarda indiyə qədər verilmiş ən böyük pul mükafatıdır.
Lakin, 2024-cü ilin sentyabrında beş naməlum iştirakçı Donaldson və "Amazon"u məhkəməyə verib. Onlar "Variety"nin məlumatına görə, pis rəftar, laqeydlik, cinsi təcavüz və düşmən iş mühiti kimi ittihamlar irəli sürüblər.
Donaldson bir sıra bizneslərə də sahibdir:
- "Feastables" adlı qəlyanaltı brendi
- "MrBeast" geyim xətti
- Keçmişdə "Virtual Dining Concepts" ilə birgə idarə etdiyi "MrBeast Burger" adlı virtual burger şəbəkəsi
Lakin, Donaldson hüquqi problemlər səbəbilə 2023-cü ildə burger biznesindən çəkilib.
Onun qəlyanaltı brendi "Feastables", 2024-cü ildə təxminən 500 milyon dollar gəlir gətirəcəyi gözlənilir.
Bu qəlyanaltılar "Amazon"da onlayn və "Target", "Walmart", "Safeway" və "7-Eleven" kimi iri pərakəndə satış mağazalarında satılır.
Rəhim