"Mançester Siti" klubu yeni qapıçı axtarışındadır. 

Offsideplus.az xəbər verir ki, klub yollarına Edersonla davam edə bilməyəcəklərini bilir. Buna görə də artıq siyahıda 3 əsas namizəd var: Anatoli Trubin, Zion Suzuki, Lukas Şevalye.

Qeyd edək ki, braziliyalı qolkiper 2017-ci ildən "şəhərlilər"in formasını geyinir. 31 yaşlı "sambaçı" "Mançester Siti" ilə 269 oyun keçirib.