AZ

BP direktorunun əməkhaqqı mükafatını ikiqat azaltdılar

Böyük Britaniyanın BP enerji şirkətinin baş direktoru Mürrey Okinklossun aldığı əməkhaqqı 2024-cü ildə 30 faiz azalıb.
 
Musavat.com şirkətin hesabatına istinadən xəbər verir ki, məbləğ 2023-cü ildəki 7,74 milyon funt sterlinqdən ötən il 5,36 milyon funt sterlinqə (6,9 milyon dollar) düşüb.
 
Hesabata görə, azalma rəsmi maaşla bağlı olmayıb: Okinklossun maaşı 2023-cü ildəki 1,02 milyon funt sterlinqdən 1,45 milyon funt sterlinqə qaldırılıb. Lakin ilin yekununda baş direktora verilən səhm mükafatları bir il əvvəlki 4,36 milyon funt sterlinqdən 2,75 milyon funt sterlinqə qədər azalıb. Buna səbəb şirkətin ötənilki maliyyə və əməliyyat göstəricilərindəki pisləşmədir: buna görə baş direktor mümkün olan maksimum kompensasiyanın yalnız beşdə birini alıb.
 
Hesabatda qeyd olunur ki, Okinklossun maaşı 2025-ci ildə əksər işçilərlə birlikdə 4 faiz artacaq.
Seçilən
12
moderator.az

1Mənbələr