AZ

“Mən vətənpərvərəm, siz həyasızsınız” - Puqaçova jurnalistlə dalaşdı

Rusiyanın Xalq artisti Alla Puqaçova Kiprdə onunla görüşən jurnalistlərin suallarına görə qəzəblənib.

 

Gəzinti zamanı NTV kanalının jurnalistləri primadonnaya yaxınlaşaraq Rusiyanı tərk etmələri ilə bağlı suallar verməyə başlayıblar.

 

Puqaçova əli ilə kameranı örtüb və çəkiliş qrupuna qışqırmağa başlayıb:

 

“Mən Limassolu çox bəyənirəm. Sən axmaq və həyasızsan! Mən vətənpərvərəm, sən isə həyasız!”

 

Qeyd edək ki, daha əvvəl məlum olub ki, Alla Puqaçova Kiprdə praktiki olaraq tək yaşayır, çünki yumorist əri Maksim Qalkin tez-tez qastrol səfərlərində olur. Bu zaman onların övladları yaşadıqları Londonda məktəbdə oxuyurlar və onlar yalnız tətil zamanı valideynlərinin yanına gəlirlər. Bundan əlavə, müğənni tez-tez sağlamlıq problemlərindən şikayətlənirdi, çünki Kiprdə hava onun üçün çox rahat deyil.

 

Xatırladaq ki, 2022-ci ildə Maksim Qalkin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına qarşı çıxıb, bundan sonra həyat yoldaşı və uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edib. Daha sonra bütün ailə İsraildə məskunlaşıb. Lakin orada münaqişə başlayandan sonra onlar Kiprdə yaşamaq üçün köçüblər. Onlar London və Yurmalada da vaxt keçirirlər, orada mülkləri var.   (Olay)

Tarix: 9 Mart 2025, 14:28   
Seçilən
12
2
pravda.az

3Mənbələr