“Barselona”nın prezidenti Joan Laporta əsas komandanın həkimi Karles Minyarro Qarsiyanın vəfatı ilə bağlı açıqlama verib.
Arena.az xatırladır ki, şənbə günü, martın 8-də Qarsiyanın ölümü səbəbindən İspanya Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilməli olan “Barselona” – “Osasuna” oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
“Mən, “Barselona” adından, hamının çox sevdiyi həkim Karles Minyarronun vəfatı haqda bildirmək istəyirəm. Bu xəbərdən hamımıza kədərləndik, çünki o, bizim üçün əziz adam idi. O, bütün səfərlərdə yanımızda olmuş və futbolçular və heyət haqda qayğılanan bir adam idi. O, köməyini kimsədən əsirgəməzdi. Karles əla peşəkar həkim idi.
Baş vermiş hadisə bizi güclü etməlidir. Kədər və ağrının müvafiq məqamlarında hər şeydən yaxşısı oyun vaxtının köçürülməsi idi ki, biz də bunu etdik. Klub İspaniya La Liqasının prezidenti ilə əlaqə saxladı, o, hər şeyi gözəl başa düşdü və bütün rəsmiyyəti yoluna qoydu. Biz klubun idarəçiləri və məşqçisi qismində “Osasuna” tərəfindən mütləq anlaşıq gördük. “Osasuna” gərək olan hər şeyi etmək üçün bizə kömək göstərməyə hazır idi.
Bu, bizi, özümüzü əzgin və sarsılmış hiss etməyə məcbur edən çox ağrılı xəbərdir. Klub Karlesin həyat yoldaşı və anası ilə əlaqə yaradıb. Baş vermiş hadisədən onların dərhal xəbər tutmaları bizim üçün vacib idi. Karlesin iki uşağı qaldı, Jerar və Elana. Onun həyat yoldaşı hədsiz sarsılmışdı, bu, aydın və məntiqlidir. Biz onlara tam dəstək göstəririk və öz azarkeşlərimizdən və futbol dünyasından da anlaşıq göstərmələrini xahiş edirik. Oyun vaxtının köçürülməsi ilə bağlı qərarımız haqda bildirəndə, mən mütləq anlaşığın varlığını sezdim. Hakimə, onun ailəsinə, heyətə və işçilərimizə hörmətdən qaynaqlanaraq, biz düşündük ki, ən yaxşısı, oyunu təxirə salmaqdır. Biz düzgün qərar qəbul etmişik”, – deyə Laporta vurğulayıb.
Komanda bəd xəbəri stadionda eşidib
Bu arada, “Barselona”nın oyunçularının klub həkiminin ölümündən necə xəbər tutduqarı məlum olub. Bildirilir ki, oyunçular oyun üçün “Olimpik Lyuis Kompanis” stadionuna gələnə qədər bu hadisədən xəbərsiz olublar.
Mənbənin məlumatına görə, Qarsiya öz otel nömrəsində vəfat edib. Komanda da oyuna məhz buradan yollanıb. Avtobusa minik başlayarkən, “Barselona”nın oyunçularının bəziləri həkimin yoxluğuna diqqət ediblər. Bu məqam, klub əməkdaşlarından birini Qarsiyanın nömrəsinə qalxmağa sövq edib. Həkim məhz burada ölü tapılıb. Səlahiyyətli şəxslər bu bəd xəbər haqda komandaya mənzil başına çatmasından sonra məlumat verməyi məqbul hesab ediblər. “Bluqrana”da stadiona yetişdikdən sonra acı xəbəri eşidib.
Klub heyəti stadionda ikən, prezident Joan Laporta komandaya ölüm xəbəri vermək üçün oyunçuların yanına – paltardəyişmə otağına yollanıb. Vurğulanır futbolçular bu xəbərdən sarsılıblar. Nəticədə, “Osasuna” ilə oyunun təxirə salınması qərara alınıb.
Əlavə edək ki, baş vermiş hadisə ilə əlaqədar, futbol, idman dünyası “Barselona”ya başsağlığı verməkdə, mənəvi dəstək olmaqda davam edir. Əzəli rəqibi “Real” başda olmaqla, hamı “Barselona”nın kədərinə şərik olub.
26 oyundan 57 xal toplamış “Barselona” İspaniya La Liqasını yarış cədvəlinə başçılıq edir.