AZ

Bakı Biznes Universiteti hər zaman milli-mənəvi dəyərlərimizi xüsusi diqqətdə saxlayır (FOTO)

Bakı. Trend:

7 mart tarixində Bakı Biznes Universitetində 8 Mart - BeynəlxalqQadınlar Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Konsertdə Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera vəBalet Teatrının solisti Fidan Hacıyeva, onun vokal musiqiməktəbinin tələbələri görkəmli bəstəkarlarımız Tofiq Quliyevin,Fikrət Əmirovun dəyərli əsərlərini ifa ediblər. Universitetin bədiiözfəaliyyət kollektivi isə rəqsləri və mahnıları ilə tədbirə xüsusirəng qatıblar.

Tədbirdə Azərbaycanın zəngin musiqi irsi, yüksək səviyyəliəsərləri təbliğ olunmaqla bərabər gündəmdə olan bayağı musiqilərinmövcudluğuna da tənqidi yanaşmanı nümayiş etdirmək üçün kiçiksəhnəcik də nümayiş etdirilib. Universitetin vəzifələrindən biri dəməhz ali dəyərlərimizi təbliğ etməkdir. Konsertdə də məhzcəmiyyətin xoşagəlməz və həqiqətən qınanılmalı olan bəzireallıqları önə çıxarılmış və müqayisə üçün təqdim olunmuşdur.

Təəssüf ki, Universitetlə dəqiqləşdirmə aparılmadan yayılmışkiçik bir fraqment isə cəmiyyətdə yanlış anlaşılmaya səbəbolmuşdur. Xüsusilə bəzi media nümayəndələri belə məsələlərəreaksiya verərkən peşəkar yanaşmır, obyektiklikdən və reallıqdanuzaqlaşaraq sadəcə reytinq yığmağa çalışırlar.

Yaxşı olardı ki, gözlərini yaxşı açaraq Universitetin öz sosialşəbəkə hesablarında paylaşılmış məlumatlarla tanış olsunlar(https://www.facebook.com/share/p/165jTo6wT8/?mibextid=wwXIfr),universiteti deyil, cəmiyyətdəki əsl qınaq obyekti olan məsələlərigündəmə gətirsinlər.

Bir daha qeyd edirik ki, Bakı Biznes Universiteti hər zaman özmilli-mənəvi dəyərlərimizi qoruyub saxlayan və bütünfəaliyyətlərində bunu yüksək səviyyədə təcəssüm etdirən ali təhsilmüəssisəsidir.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Seçilən
2
2
az.trend.az

3Mənbələr