AZ

58 mindən çox XI sinif şagirdinin buraxılış imtahanı keçirilib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) ortatəhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən Trend-əverilən məlumata görə, imtahanda 58732 şagirdin iştirakı nəzərdətutulurdu.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahanbinası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsiayrılıb.

İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirakedib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçünimtahan binalarında xüsusi zallar ayrılıb, orqanizminfunksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyimüəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması vəhərəkəti üçün də şərait yaradılıb.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlıyayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindənimtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahatveriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tiplitapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentləronları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yazabilərlər.

Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavabvərəqlərinin emalına başlanılacaq.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığıüçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara köməketməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunanhallarla bağlı araşdırma aparılır.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tiplitapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın6 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər,ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını(pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkəhesablarından əldə edə biləcəklər.

Seçilən
20
27
az.trend.az

10Mənbələr