Rafael Fiziyevin UFC313-də Castin Qeyciyə məğlub olandan sonrakı vəziyyəti bəlli olub. 

Offsideplus.az xəbər verir ki, həmvətənimiz sosial şəbəkə səhifəsində kamera önünə çıxıb. Yumorlu paylaşım edən Rafael hədiyyə popkornunu da götürüb, Tailanda qayıdır:

O, rəsmi "X" hesabında onu dəstəkləyənlərdən üzr istəyib:

"Üzrlər, dostlar. Sizi üzüüstə buraxdım və qalib gələ bilmədim. Justin'i təbrik edirəm. Oktaqonu səninlə bölüşmək qürur idi".