Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 26-cı turun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
26-cı tura bu gün keçiriləcək bir oyunla start veriləcək. Turun qalan görüşləri martın 10-da və 11-də keçiriləcək.
Əvəzedicilər Liqası
26-cı tur
9 mart
“Araz-Naxçıvan-2” – “Qarabağ-2”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Sevda Nuriyeva, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 14:00.
10 mart
“Zirə-2” – “Səbail-2”
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 14:00.
“Şamaxı-2” – “Sabah-2”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Orxan İbişov, Sənan Bayramzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 15:00.
11 mart
“Sumqayıt-2” – “Kəpəz-2”
Hakimlər: Fərid Hacıyev, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Rasim Musayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Nəriman Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 18:00.