Azərbaycanın iki taekvondoçusu Eyndhoven şəhərində keçirilən Niderlandın 52-ci açıq çempionatında medal qazanıb.
Rekord.az xəbər verir ki, yarışın ilk günündə böyüklərdən ibarət millinin üzvləri Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) fərqləniblər.
Onların hər ikisi bürünc mükafat əldə edib.