Bu gün basketbol üzrə Azərbaycan çempionatında XVII tura yekun vurulacaq. 

Offsideplus.az xəbər verir ki, baş tutacaq iki görüşdən birincisi Gəncədə olacaq. Yerli komanda cənubluları sınağa çəkəcək. Gəncə OİK-də baş tutacaq "Gəncə"-"Lənkəran" matçı 14:00-da start götürəcək.

Digər matç isə Sumqayıtda olacaq. "Gənclik şəhəri" təmsilçisinin qonağı "Ordu" komandası olacaq. Matç 19:00-da başlayacaq.

9 mart

14:00 "Gəncə" - "Lənkəran"

Gəncə OİK

19:00 "Sumqayıt" - "Ordu"

Sumqayıt OİK