AZ

Agenti Levandovskinin gələcəyi haqda danışdı

style='margin-bottom:10px;'>

"Barselona"nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi 36 yaşlı futbolçunun Kataloniya klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

QOL.az "365scores"ə istinadən xəbər verir ki, o, polşalı forvardın Kataloniya klubunda qalacağını bildirib: “Robert gələn mövsüm də "Barselona"da qalacaq. Bu, 100 faiz dəqiqdir. O, klubda xoşbəxtdir. Robertin şərtlərinə sona qədər əməl edəcəyi bir müqaviləsi var.

Zahavi Levandovski üçün Səudiyyə Ərəbistanından təklif almadıqlarını da əlavə edib.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 34 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Onun müqaviləsi yaxın zamanda avtomatik olaraq 2026-cı ilə qədər uzanacaq. Çünki polşalı oyunçu bu mövsüm komandasının 55 faiz matçlarında iştirak etmiş olacaq. 

Seçilən
6
teleqraf.com

1Mənbələr