AZ

ABŞ Ukraynaya müdafiə üçün kəşfiyyat məlumatlarını təqdim edir?

"Tramp Rusiyanın Ukraynaya zərbələr endirməkdə davam etməsindən narazıdır və yeni sanksiyalarla hədələyib..."

ABŞ hələ də Kiyevə Ukraynanın müdafiəsinə kömək edən kəşfiyyat məlumatlarını ötürür, lakin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusuna zərbələr endirmək üçün istifadə edə biləcəyi məlumatların həcmi azaldılıb.

News24.az xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı hərbi rəsmilərə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Vaşinqton elə bir vəziyyətdən qaçmağa çalışır ki, ABŞ-ın birbaşa Rusiya mövqelərinə hücumlarda iştirak etdiyi kimi görünməsin. Məhz bu səbəbdən silah tədarükü müvəqqəti dayandırılıb. 

Bununla belə, ABŞ rəsmiləri vurğulayıb ki, Ukraynanın müdafiəsinə kömək edə biləcək məlumatlar gizlədilmir. Rəsmilər həmçinin təsdiqləyib ki, döyüş meydanında rabitənin təmin olunmasında əsas rol oynayan İlon Maskın "Starlink  peyk rabitə xidməti Ukrayna ordusu üçün hələ də aktivdir. 

Daha öncə ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevlə kəşfiyyat məlumatlarının paylaşılmasını qismən azaltmaq barədə göstəriş verib. Bu addım Ukraynanı Moskva ilə danışıqlara təşviq etmək məqsədilə atılıb.

Seçilən
7
news24.az

1Mənbələr