AZ

Qazi qazini aldatdı, həbs edildi - 5 minə maşın növbəsi…

İmişlidə qazi Vətən müharibəsi iştirakçılarına gələcəkdə veriləcək avtomobil növbəsinə adını əlavə etdirəcəyinə dair yalan vəd edərək qazi yoldaşını aldadıb.

 

21 yaşlı Murad tanışı Füzulidən 5 min manat alıb.

 

Qarşılığında isə qazilərə veriləcək avtomobillərdən birini alması üçün onun adını siyahıya saldıracaqmış.

 

Hər iki qazi müharibədəki iştiraklarına görə bir neçə medalla təltif ediliblər.

 

Murad aldığı pulu DOST Mərkəzində çalışan tanışına verəcəyini deyib. Lakin sonradan belə bir şəxsin olmadığı məlum olub.

 

Murad dəymiş zərəri ödəməyib. İstintaq zamanı Murad məhkəmədən yayındığı üçün barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Axtarışa verilən Murad həbs edilib.

 

Məhkəmədə zərərçəkmiş kimi ifadə verən Füzuli aldadıldığını, pulunun ödənilmədiyini deyib və şikayətçi olduğunu bildirib.

 

Məhkəmə Murad barəsində 4 ay azadlıqdan məhrumetmə cəzası təyin edib. Həmçinin 5 min manat zərərin Muraddan tutularaq Füzuliyə ödənilməsi barədə qərar çıxarıb.

 

Musavat.com

Tarix: 9 Mart 2025, 14:55   
Seçilən
11
5
pravda.az

7Mənbələr