AZ

Hamburq aeroportunda bütün reyslər ləğv edildi - SƏBƏB

Almaniyanın Hamburq hava limanında martın 9-na planlaşdırılmış bütün təyyarə enişləri və uçuşları ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hamburq aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Buna səbəb kimi hava limanı əməkdaşlarının tətil keçirmələri göstərilir: "Tətili heç bir xəbərdarlıq etmədən "Ver.di" adlı həmkarlar ittifaqı təşkil edib".

Həmkarlar ittifaqı aeroport işçiləri üçün maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Bizim.Media

Seçilən
14
8
bizim.media

9Mənbələr