Bu gün Premyer Liqanın XXVI turunda daha iki oyun keçiriləcək.
Sportinfo.az xəbər verir ki, ilk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək.
Matç saat 15:00-da start götürəcək. Meydan sahibləri 24 xalla 7-ci, qonaqlar 34 xalla beşinci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə isə "Zirə" "Səbail"i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. "Qartallar" 48 xalla ikinci, "dənizçilər" 18 xalla sonuncu - 10-cu sıradadır.
Tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.
15:00. “Şamaxı” – “Sabah” 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
Şamaxı şəhər stadionu
"Şamaxı": 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate 30. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 14. Vüsal Məsimov 5. Arsen Ağcabəyov 23. Murad Vəliyev 18. Cəlal Hüseynov 19. Fəxri Məmmədli 33. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov
"Sabah": 92. Stas Pokatilov 17. Tellur Mütəllimov 9. Anatoli Nuriyev 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 7. Boyan Letiç 4. Sofian Çakla 70. Cesse Sekidika (k) 3. Con İrasabal 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov 55. Nicat Mehbalıyev 10. Namik Ələskərov 15. Seymur Məmmədov 32. Elgün Dünyamalıyev 18. Pavol Safranko 40. İqor Noqeyra 12. Vinsent Till 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski
17:30. “Zirə” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İdman Kompleksinin stadionu