Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Belçikanın Antverpen şəhərində keçirilən “Flanders Acro Cup” beynəlxalq yarışında bürünc medal qazanıb.
Bu barədə Msport.az saytına Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadovadan ibarət üçlük qrup yarışda üçün yeri tutub.