Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu 1 qızıl medalla başa vurublar.
Apasport.az xəbər verir ki, yarışın sonuncu günündə dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutub.
Ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov qızıl mükafat əldə edib. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci yerə layiq görülüb.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.
"AGF Trophy" Dünya kubokunun yarış öncəsi iclası keçirilib
Təmsilçimiz dünya çempionatında iştirak edib
Təmsilçilərimizdən 9 medal
Naxçıvanda gimnastlar üçün masterklass keçirilib
Təmsilçimiz çempion adına sahib çıxdı