AZ

Avstraliyanın baş naziri Ukraynaya sülhməramlı missiya göndərəcəyini istisna etmir

Bakı. Trend:

Avstraliya hakimiyyəti Ukraynada planlaşdırılan sülhməramlımissiyada iştirak imkanlarını araşdıracaq.

Trend-in məlumatına görə, bu barədə Avstraliyanın baş naziriEntoni Albaniz deyib.

"Əlbəttə, mən açıq şəkildə, dəfələrlə demişəm ki, biz Ukraynadahansısa sülhməramlı missiyada iştirak etmək barədə düşünəcəyik", -deyə o bildirib.

"Təbii ki, bu barədə danışmaq hələ tezdir: hələ sülh olmayanyerdə sülhməramlı qüvvələri yerləşdirmək mümkün deyil", - deyə başnazir qeyd edib.

Onun sözlərinə görə, Kanberra martın 11-də Parisdə keçirilməsiplanlaşdırılan Ukraynaya dəstək üzrə bir sıra ölkələrin hərbikomandirlərinin görüşünə yüksək səviyyəli nümayəndə göndərəcək.

Seçilən
7
az.trend.az

1Mənbələr