Ukraynalı sabiq futbolçu Aleksey Şubin vəfat edib.
Publika.az xəbər verir ki, o, Ukrayna-Rusiya müharibəsində həlak olub. “Çerniqov Desna”nın keçmiş futbolçusu Aleksey Şubin 49 yaşında dünyasını dəyişib. Bu barədə jurnalist Dmitri Moskalenko məlumat yayıb.
Bildirlir ki, Aleksey Xarkov vilayətinin Liptsy kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən FPV pilotsuz təyyarəsinin zərbə endirməsi nəticəsində həlak olub. Ukrayna Silahlı Qüvvələrində xidmətinə görə Şubin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin qızıl xaçı ilə təltif edilib. Həmçinin Xarkov vilayətinin müdafiəsinə görə mükafata layiq görülüb.