AZ

Fransa bu il Ukranyaya 200 mln. dollardan çox ayıracaq

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə olunan faiz gəlirlərini Ukraynaya 195 milyon avro (211 milyon dollar) dəyərində əlavə silah tədarükü üçün istifadə edəcək. 

Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Fransa silahlı qüvvələr naziri Sebastyan Lekornu bildirib.  

Nazirin sözlərinə görə, Fransa, həmçinin Ukraynaya bəzi köhnə zirehli texnikalarını da göndərməyi planlaşdırır.  

"Rusiya aktivlərindən dondurulmuş faiz gəlirlərinin hesabına əlavə 195 milyon avroluq yeni vəsait ayıracağıq", – deyə Lekornu bildirib. O qeyd edib ki, bu vəsait 155 mm-lik artilleriya mərmiləri və Fransa tərəfindən Ukraynaya verilmiş "Mirage 2000" qırıcı təyyarələri üçün idarə olunan bombaların alınmasına sərf olunacaq.  

Böyük Yeddilik ("G7") ölkələri ötən il Ukraynaya 300 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərindən əldə ediləcək gəlirlər hesabına 50 milyard dollar həcmində ikitərəfli kreditlər ayırmaq barədə razılığa gəliblər.

Rəhim

Seçilən
29
valyuta.az

1Mənbələr