“İnter”in baş məqşçisi Simone İnzaqi İtaliya A Seriyasının 28-ci turunun autsayder “Montsa” ilə ev oyunundakı qələbəni (3:2) şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, 0:2 hesabından geri-dönüş etməyi bacarmış italyan mütəxəssisin oyun barədə fikrini təqdim edir:
“Bizim meydanımızda əla oynamış “Montsa”nın haqqını vermək gərəkdir. Həmçinin öz komandamı geri-dönüşü münasibətilə təbrik etmək istəyirəm. Yaxşı müdfiə olunan rəqibə qarşı oynamaq asan deyildi. Bununla yanaşı, mən düşünürəm ki, biz bu gün qapıya zərbələrin sayı üzrə (30 zərbə – redaktorun qeydi) mövsümün rekordunu müəyyənləşdirdik”, deyə Simone İnzaqi vurğulayıb.
28 oyundan 61 xalla “İnter” İtaliya A Seriyasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Montsa” isə 14 xalla A Seriyasının aşkar autsayderidir. “Byankorossi” yarış cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb.