AZ

Zəngilan, Cəbrayıl və Füzulidə buraxılış imtahanı keçirilib

Bakı. Trend:

09 mart 2025 - ci il tarixində işğaldan azad olunmuş Zəngilan,Cəbrayıl və Füzuli rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindəntam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanıkeçirilib.

Trend-in QarabağBürosunun verdiyi xəbərə görə, işğaldan azad olunmuş təhsili bərpaolunan Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında buraxılışimtahanları keçirilib.

Füzuli şəhəri 1 №-li M. Uluqbəy adına tam orta məktəb 25 şagird,Cəbrayıl şəhəri M. Mehdizadə adına tam orta məktəb – 5 şagird,Zəngilan rayon Ağalı kənd tam orta məktəb 6 şagird İmtahanverib.

Əlavə olaraq qeyd edək ki, Cəbrayıl şəhər M. Mehdizadə adına tamorta məktəbdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsivə 3 imtahan rəhbəri cəlb olunub.

İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 36nəfər şagirdin iştirakı nəzərdə tutulmuşdur. 02 mart 2025-ci iltarixində də işğaldan azad olunmuş Xankəndi, Xocalı, Şuşa və Laçınrayonlarında imtahan keçirilib. İmtahanda 45 şagird iştirakedib.

Seçilən
14
9
az.trend.az

10Mənbələr