Tətil sabah da davam edəcək.
Almaniyanın Hamburq hava limanında bütün uçuşlar dayandırılıb.
Operativ Media xəbər verir ki, buna səbəb "Ver.di" həmkarlar ittifaqının başlatdığı tətildir.
Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, bütün reyslər ləğv edilib. Tətilin öncədən xəbər verilmədən başlandığı üçün bu 40 mindən çox sərnişinin planlarına təsir edib.
Bildirilib ki, tətil sabah da davam edəcək.
"Ver.di" işçilərinin maaşlarında 8% artım, aylıq 350 avro əlavə ödəniş və 3 gün əlavə məzuniyyət tələb edib. İşəgötürənlər isə bu tələbləri maliyyə baxımından mümkünsüz hesab edərək rədd ediblər.
Tərəflər arasında danışıqlar martın 14-16-da Potsdamda davam etdiriləcək.