
Meşə yanğınları Nyu-York yaxınlığında Long-Aylend adasında başlayıb, qubernator Keti Xokul təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edib. “Ulusum”.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat verir."Qubernator Xokul fövqəladə vəziyyət elan edib və dövlət orqanlarının Nyu-Yorkun şərqində yerləşən, Payn-Barrens adlı meşəlik ərazidəki yanğınlara cavab verdiyini bildirib", — məlumatda bildirilir.Agentliyin məlumatına görə, yanğın külək səbəbindən sürətlə yayılır. Alovlar həmçinin hərbi bazanın təxliyə edilməsinə və böyük bir avtomagistralın bağlanmasına səbəb olub.AP, rəsmi şəxslərə istinadən, dörd yanğın ocağından üçünün tamamilə söndürüldüyünü, birinin isə Vestxemptonda yarı-yarıya söndürüldüyünü bildirir.
Diqqət Çəkənlər
Suriyada 745 mülki şəxsin həlak olduğu bildirilir
Ramazanın 9-cu gününün duası, imsak və iftar vaxtı
“Gələcək üçün bacarıqlar” layihəsi barədə infossessiya keçirilib