AZ

Konseysao: “Milan” “Leççe” ilə oyunda xasiyyətini göstərdi”

“Milan”ın baş məqşçisi Serjio Konseysao İtaliya A Seriyasının 28-ci turunun “Leççe” ilə səfər oyununda əzmkar qələbəni (3:2) şərh edib.

Arena.az DAZN şəbəkəsinə istinadən, 0:2 hesabından geri-dönüş etməyi bacarmış portuqal mütəxəssisin oyun barədə fikrini təqdim edir:

“Oyuna hazırlıq üçün bizim çoxlu vaxtımz vardı. Biz “Leççe”nin güclü və zəif tərəflərini yaxşıca öyrənmişdik. Biz əla ötürmələr verir, topa əla nəzarət edirdik və hesaba alınmamış iki qol vurduq, sonra isə hesab 0:2 oldu. İkinci hissə isə heç də yaxşı başlamadı – məhz bu məqamda oyunçularım xasiyyətlərini nümayiş edirərək, oyunu çevirdilər”, deyə Konseysao məmnunluqla vurğulayıb.

28 oyundan 44 xalla “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Leççe” isə 25 xalla 16-cı pillədədir. İtaliya A Seriyasına 61 xalla “İnter” başçıllıq edir.

Seçilən
9
arena.az

1Mənbələr