Ukraynanın məşhur "Kiyev-Peçora Lavrası" Milli Qoruğundakı məbədlərdən birinin gümbəzindəki xaç qismən dağılıb.
Publika.az xəbər verir ki, bu barədə milli qoruğun administrasiyası məlumat yayıb.
"Partlayış dalğaları və atəş nəticəsində yaranan virbrasiya memarlıq strukturlarına gizli ziyan vura bilər. Məbəddəki xaçın tamamilə dağıdılmasının qarşısını almaqdan ötrü o bu gün təhlükəsiz şəkildə sökülüb. Yaxın zamanda xaç bərpa olunacaq və yerinə qoyulacaq", - deyə məlumatda bildirilib.