Bu gün Misli Premyer Liqasının 26-cı turunda daha iki görüş keçiriləcək.
Offsideplus.az xəbər verir ki, ilk görüş Şamaxıda baş tutacaq. Belə ki, "Sabah" səfərdə yerli komandanın qonağı olacaq. Bu mövsüm komandalar arasında 2 görüş baş tutub. Tərəflər ilk görüşdə sülhə razılaşıb. İkinci görüş isə bölgə təmsilçisinin qələbəsi ilə başa çatıb.
9 mart
15:00 “Şamaxı” – “Sabah” 1:0
Qol: Edqar Adilxanov, 30.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Şamaxı şəhər stadionu