Məhkəmə-tibbi ekspertizası "Oskar" mükafatı laureatı Cin Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Arakavanın ölüm səbəbini müəyyənləşdirib.
Bu barədə "Variety" nəşri məlumat yayıb.
Məhkəmə ekspertizası rəhbəri Hizer Carrellin sözlərinə görə, 95 yaşlı Hekman fevralın 18-də alzheimer xəstəliyinin ağırlaşdırdığı ürək-damar çatışmazlığı səbəbindən dünyasını dəyişib. Onun 65 yaşlı həyat yoldaşı Betsi Arakava isə bir həftə əvvəl, fevralın 11-də, nadir rastlanan hantavirus infeksiyasına yoluxaraq vəfat edib.
Baytar həkimi Erin Fipps bildirib ki, bu infeksiya olduqca nadir hallarda qeydə alınır. Nyu-Meksikada son 50 ildə cəmi 136 belə hadisə aşkarlanıb və onların 42 faizi ölümlə nəticələnib.
Ekspertiza zamanı evdə gəmiricilərin izlərinə rast gəlinib, lakin əsas yaşayış sahəsinin ciddi çirklənmədiyi qeyd olunub.
Cin Hekmana son mərhələdə alzheimer xəstəliyi və ağır ürək çatışmazlığı diaqnozu qoyulmuşdu. Onun kardiostimulyatorunun məlumatları fevralın 18-də ürək fəaliyyətinin tam dayandığını göstərib.
Ekspertiza nəticələri ilə bağlı istintaq bağlanıb, lakin baytar mütəxəssislər cütlüyün itinin ölüm səbəbini araşdırmağa davam edirlər.