AZ

Rusiyada azərbaycanlılar buzlu çayda boğulan qızı belə xilas ediblər - FOTO/VİDEO

İki azərbaycanlı, İvanovo sakini, 19 yaşlı Emil İbrahimov və onun əmisi bakılı Vüqar Abdullayev şəhərin mərkəzində Uvod çayını keçmək istəyərkən buzun dəliyinə düşən yeniyetmə qızı xilas ediblər.

Bizim.Media xəbər verir ki, bu məlumatı İvanovo Millətlər Evinin mətbuat xidməti yayıb.

Kişilər şəhəri gəzərkən təsadüfən çayın ortasında buzun dəliyinə düşərək oradan çıxmaq üçün uğursuz cəhd edən qızı görüblər.

Onlar çaya düşərək kəmərlərini çıxarıb bir-birinə bağlayıblar. Sonra Emil boğulan qıza mümkün qədər yaxın olmaq üçün buzun üstünə uzanıb və bağlanmış kəmərin bir ucunu ona tərəf atıb. Qız kəməri tutanda Vüqar qardaşı oğlunu sahilə çəkməyə başlayıb. Onlar bu yolla qorxmuş qızı çıxara biliblər.

İxtisasca xilasedici olan Vüqar Bakıda yaşayarkən bir neçə dəfə batan şəxsləri Xəzər dənizinin dalğaları arasından çıxararaq onların həyatını xilas edib.








Bizim.Media

Seçilən
7
1
bizim.media

2Mənbələr