AZ

Fransa Rusiyanın aktivləri hesabına Ukraynaya 195 milyonluq silah verəcək


Fransa Rusiya aktivlərindən əldə olunan nisbətdə – 195 milyon avro dəyərində Ukraynaya silah verəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu “La Tribune” qəzetinə müsahibəsində Fransanın silahlı qüvvələr naziri Sebastien Lekourne deyib.
O bildirib ki, Ukraynaya AMX-10RC zirehli maşınların və köhnə istehsal silahların verilməsi planlaşıdırılır:
“Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər sayəsində biz Ukraynaya 195 milyon avro dəyərində silah verəcəyik. Bu pul, həmçinin Fransanın Ukraynaya verdiyi “Mirage 2000” qırıcıları üçün 155 millimetrlik top mərmiləri və bombaların alınmasına da sərf olunacaq”.
Seçilən
13
yeniavaz.com

1Mənbələr