Bu gün basketbol üzrə Azərbaycan çempionatında XVII tura yekun vurulacaq. 

Offsideplus.az xəbər verir ki, baş tutacaq iki görüşdən birincisi Gəncədə olub. Yerli komanda cənubluları sınağa çəkib. Gəncə OİK-də baş tutan "Gəncə"-"Lənkəran" matçında qələbə ev sahiblərinin olub.

Digər matç isə Sumqayıtda olacaq. "Gənclik şəhəri" təmsilçisinin qonağı "Ordu" komandası olacaq. Matç 19:00-da başlayacaq.

9 mart

14:00 "Gəncə" 90:76 "Lənkəran" (27:11; 14:22; 25:22; 24:21) 

Gəncə OİK

19:00 "Sumqayıt" - "Ordu"

Sumqayıt OİK