AZ

Messi ilə 3 ay küsülü qalan futbolçu: Üstümə su tökdü və dedi…

Leandro Paredes Lionel Messi ilə 3 aylıq mübahisəsindən danışıb.

Publika.az xəbər verir ki, 2021-ci ildə “Barselona” ilə Çempionlar Liqası matçı zamanı Paredes PSJ-də komanda yoldaşlarına nəsə deyib və Messi səhvən sözlərin ona yönəldiyini düşünüb.

– Üç aya yaxın danışmadıq. Özümü dəhşətli hiss etdim. Mən PSJ-də, o isə “Barselona”da oynayırdı. Çempionlar Liqasında oynayırdıq və o vaxt təbii ki, tamaşaçı yox idi. Pandemiya var idi və hər şey meydançada eşidilirdi. Beləliklə, 2-1 qalib gəldik və komanda yoldaşlarıma nəsə dedim və o, bunu eşitdi…

– Bəs sonra ona mesaj göndərmədin?

– Ona ertəsi gün mesaj göndərdim, bir də 15 gün sonra… Ona dedim: “O sözlər sənin üçün deyildi, incitmək istəmirdim”. Və cavab vermədi. Üç ay cavab vermədi.

Seçilən
25
50
publika.az

10Mənbələr