AZ

"Əl-Hilal" Rafinyanı istəyir -MƏBLƏĞ

Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı "Barselona"nın braziliyalı vingeri Rafinyanı sıralarına cəlb etmək istəyir.

Football-plus.az xəbər verir ki, məlumatı "Relevo" nəşri məlumat yayıb.

Xəbərə görə, ərəblər 28 yaşlı cənubi amerikalını 100 milyon avroya almaq niyyətindədirlər. Mənbə sözügedən klubun Rafinyaya ödəməyi hədəflədiyi illik maaşın da məbləğini açıqlayıb - 15 milyon avro. İspaniya nəhənginin isə bu oyunçunu satmaq haqda düşünmədiyi diqqətə çatdırıb.

Qeyd edək ki, Rafinyanın "Barsa" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 40 oyuna çıxan cinsh hücumçusu 25 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
1
football-plus.az

2Mənbələr