1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
PKK terror təşkilatının yaxın bir ay ərzində qurultay keçirəcəyi və özünü buraxacağı gözlənilir.
Bu barədə Oxu.Az "Sabah" qəzetinə istinadla xəbər verir.
Qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir.
Bildirilir ki, təşkilat ləğv olunandan sonra silahlar yığılacaq. Bunun üçün xüsusi mexanizmin yaradılması gözlənilir.
Xatırladaq, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.