AZ

Salah əvəzetməyə mane olmağa çalışıb

Lider "Liverpul"un Premyer Liqanın 28-ci turunda evdə autsayder "Sauthempton"a qalib gəldiyi oyunda (3:1) maraqlı hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, meydan sahiblərinin hücumçusu Məhəmməd Salah komandasının altıncı əvəzetməsinə mane olmağa çalışıb.

Carrell Kuansah 89-cu dəqiqədə Trent Aleksander-Arnoldun yerinə meydana çıxıb ki, bu da "Liverpul"un heyətində matçda altıncı əvəz etmə olub.

Oyunda dubl edən Salah isə komandasının beş əvəzetmə qaydasını pozduğunu və cəzalanacağını düşünərək müdafiəçinin oyuna daxil olmasının qarşısını almağa çalışıb.

Amma hakim Lyuis Smit misirliyə izah edib ki, ilk hissədə "Sauthempton"un heyətində Armel Bella-Kotçap başından zədə alması üzündən Yan Bednareki əvəzlədiyindən, qaydalara uyğun olaraq, hər iki komanda üçün əvəzetmə limiti altıya çatdırılıb.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr