AZ

“Səbrsizliklə gözləyirik” - “Neftçi” ilə “Zirə” bundan NARAHAT OLSUN!

“Səbail” 25-ci turda “Şamaxı”ya məğlub olmaqla (0:2) işini çətinə saldı.

Ötən futbol həftəsində “Kəpəz” qələbə qazanmaqla sonuncu pillədəki Bayıl təmsilçisindən 4 xal uzaqlaşdı.

Mövcud vəziyyətdən çıxmağı hədəfləyən “dənizçilər”i qarşıda iki ağır oyun gözləyir. Bu həftə “Zirə”nin qonağı olacaq Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv üçüncü dövrənin sonuncu turunda “Neftçi”ni qəbul edəcək.

Bu oyunlarda xallar qazanılmasa, vəziyyət bir qədər də ağırlaşacaq.

“Səbail”in əsas heyət üzvlərindən olan israilli yarımmüdafiəçi Gitay Sofir Sportinfo.az-a qarşıdakı matçlarla bağlı düşüncələrini söyləyib:

“Bizim üçün vacib dönəm başlayır. Həqiqətən də çempionatdakı güclü rəqiblərə qarşı iki çətin qarşılaşma olacaq.

Futbolçular olaraq bu kimi çətinlikləri səbirsizliklə gözləyirik. Şəxsən mən komandaya kömək etmək və yaxşı nəticə qazanmaq üçün əlimdən gələni etməyi fokuslanmışam.

Komanda olaraq məşqlərdə çox çalışacağıq. İnanıram ki, intizamlı və inamlı oynasaq yaxşı nəticələr əldə edə biləcəyik”.

Martın 9-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Səbail” görüşü saat 17:30-da başlayacaq.

HƏBİB

Seçilən
13
sportinfo.az

1Mənbələr