"Şamaxı" daha bir transferi gerçəkləşdirib.
"Şirlər" son olaraq İraqın "Erbil" klubunda çıxış edən Kollin Andersonla anlaşıb.
Yeni transfer hazırda keçirilən "Şamaxı" - "Sabah" matçını komandanın kapitanı Leroy Mikelslə bərabər arenadan izləyir.
Yaxın günlərdə mərkəz hücumçusu ilə rəsmi müqavilə imzalanacaq.
25 yaşlı Anderson karyerası ərzində "Kavalier", "Breqalniça" kimi klublarda çıxış edib.
XANOĞLAN / SPORTİNFO.AZ