1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu 1 qızıl medalla başa vurublar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışın sonuncu günündə dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutub.
Ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov qızıl mükafat əldə edib. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci yerə layiq görülüb.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.