Bakı. Trend:
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasınınsəhnəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsertbaş tutub.
Trend xəbər verirki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyliadına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist -Azərbaycan Respublikasının Əməkdar artisti, "National Music &Global Culture Society"-nin (Milli Musiqi və Qlobal MədəniyyətCəmiyyəti) prezidenti, beynəlxalq müsabiqə laureatı, fəlsəfədoktoru, professor Nərgiz Əliyarova (piano) dinləyicilər qarşısındaçıxış edib. Nərgiz Əliyarova məhz bu xüsusi tədbir üçün Nyu-YorkdanBakıya səfər etdiyini bildirib.
Proqramda H.Berlioz “Macar marşı”, L.v.Beethoven piano vəorkestr üçün 3 saylı konsert c-moll (op.37), A.Dvorak “Slavyanrəqsləri” səslənib. "Bis" sədalarına bəstəkar Rüfət Xəlilovunişlənməsində xalq mahnısı "Sarı Gəlin" ifa olunub.
Musiqi nömrələri dinləyicilərə klassik sənətin dərinliyini vəgözəlliyini hiss etdirib.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az