Serxio Ramos Meksika çempionatının 11-ci turunda qol vurub.

Offsideplus.az xəbər verir ki, ispan müdafiəçi "Kruz Azul" - "Monterrey" oyununda (1:1) 11-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.

Bu, onun Meksikada vurduğu 2-ci qol olub. 

Qeyd edək ki, "Monterrey" hazırda turnir cədvəlində 19 xalla 6-cı yerdədir.

Qolun videosunu təqdim edirik: