AZ

Xaçmazda yük avtomobili yanıb

Xaçmaz, 9 mart, Elxan Yusifli , AZƏRTAC

Martın 9-u günorta saatlarında Xaçmaz şəhəri ərazisində məişət tullantıları daşıyan yük avtomobili yanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, yük avtomobilinin kabinəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə yanğından mühafizə hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
8
4
azertag.az

5Mənbələr